Gəlin və qayınana problemləri, onların səbəbləri

Eyni kişinin gözündə vacib görünmək istəyi qayınanalar və gəlinlər arasında mübahisələrə səbəb olur. Qısqanclıq və bir-biriylə yola getməməyi nəticəsində hətta qadınların bir-birinə inanılmaz pisliklər etməsi də müşahidə olunmuşdur. Səbəblərə birlikdə baxaq. Qayınana ərindən görmədiyi nəvazişi, sevgini oğlundan istəyir. Qayınanalara görə hətta ideal cütlüklərdə belə mübahisələr ortaya çıxır. Ailə şiddəti müşahidə olunan ailələrdə ərin arvadını döyməyinin əsl səbəbi çox vaxt kişinin anası olur. 
Davamı →

Gəlin və qaynana

O bu evə yeni gəlin gəlmiş, elə ilk gündən qaynanası ilə bir yerdə yaşamağa başlamışdı.Ancaq çox keçmədi ki, qaynanası ilə aralarında dava-dalaş başladı. Artıq evdə ağız deyəni qulaq eşitmirdi.Dava-dalaşdan bezən gəlin bir gün kəndlərindəki Loğmanın yanına getdi və dərdini açıb danışdı.
Loğman ona bitkilərdən bir zəhər hazırladı və bunu hər gün az-az qaynanasının yeməyinə qatmağı məsləhət gördü. Loğman heç kim şübhələnməsin deyə, qaynanası ilə xoş davranmağı da tapşırdı.Evə qayıdan gəlin tələsik “işə başladı”. Hər gün qaynanası üçün cürbəcür yeməklər bişirir, təbii ki, bu yeməklərə zəhər qatmağı unutmurdu. Heç kim şübhələnməsin deyə, onunla xoş rəftar etməyə başlamışdı. Artıq qaynanasının da ona münasibəti dəyişmişdi.Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi.
Bir gün yenə Loğmanın yanına getdi. Artıq yeganə arzusu qayınanasını ölümdən xilas etmək idi.Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:
— Mənim sənə verdiyim zəhər deyildi. Onun içində adi otlardan başqa bir şey yox idi. Əsl zəhər isə sənin ürəyində idi. Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.

Davamı →